Bu il Respublika Klinik Xəstəxanasına 13140 xəstə daxil olub TƏDBIR - SƏS TV
Bu gün Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müəssisənin fəaliyyətinə həsr edilən tədbir keçirilib. SIA-nın xəbərinə görə, müəssisənin fəaliyyəti haqqında xəstəxanın baş həkimi Telman Ibadov məlumat verərək bildirib ki, səhiyyə sistemində həyata keçirilən köklü islahatlar tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatına, həkim və orta tibb personalının ixtisas səviyyəsinin yüksəlməsinə və nəticədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır. O bildirib ki, görkəmi yenilənən səhiyyə müəssisələrindən biri də Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasıdır. Səhiyyə müəssisəsi Bakı şəhəri müstəsna olmaqla respublikanın rayon və şəhərlərinin səhiyyə müəssələri üçün praktiki və metotiki mərkəzdir: "Xəstəxananın bütün şöbələri 2015-2016-cı illərdə təmir edilərək xəstələrin istifadəsinə verilib o cümlədən, Konsultativ polikinika, Şüa diaqnostika şöbəsi, Kliniki laboratoriya, Biokimyəvi laboratoriya, Fizioterapiya və tibbi bərpa şöbəsi, Endoskopiya kabineti, hemadializ şöbəsi, Cərrahiyyə əməliyyat bloku və s.1960-cı ildən fəaliyyət göstərən 660 çarpayılıq xəstəxana çox profilli olub 23 stasionar şöbədən, 1 poliklinikadan, diaqnostik və yardımçı şöbələrdən ibarətdir. Xəstəxanafa əhaliyə 326 həkim xidmət edir. Səhiyyə müəssisəsində 3 nəfər tibb elmlər doktoru, 4 - fəlsəfə doktoru, 7 - tibb elmlər namizədi, 1 fəlsəfə elmləri namizədi çalışır. Həkimlər və orta tibb personalı mütəmadi olaraq sertifikasiyadan və təkmilləşdirmə kurslarından keçirlər. Bu günə 321 həkim sertifikasiyadan keçmiş, 72 nəfər isə təkmilləşdirmə kurslarında iştirak edib". Xəstəxanada 556 orta tibb işçisinin fəaliyyət göstərdiyini deyən T.Ibadov qeyd edib ki, onlardan 504 nəfər sertifikasiyadan keçib, 118 nəfər təkmilləşdirmə kurslarında iştirak edib: "Hazırda müəssisədə 11 kafedra fəaliyyət göstərir. Kafedralarda 18 tibb elmlər doktoru və 42 tibb elmlər namizədi çalışır. Xəstəxanada xəstələr zəruri ambulator və stasionar müalicə keçirlər. 2015-ci ildə Respublika Klinik Xəstəxanasına 14912 xəstə, 2016-cı ilin bitmiş dövrü ərzində isə 13140 xəstə daxil olub.bu Səhiyyə müəssisəsi ən müasir avadanlıqlarla təchiz edilib. Xəstəxana ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans, müasir rentgen aparatları, yeni doğulanlar üçün CPAP aparatları, süni böyrək aparatları və s. müasir avadanlıqlarla təchiz edilib. Xəstəxanada xəstələr bir sıra dövlət proqramları, o cümlədən dağınıq skleroz, hemofiliya üzrə dövlət proqramları, çərçivəsində müayinə edilir, müalicə alır və zəruri dərman vasitələri ilə təchiz edilirlər". Baş həkim əlavə edib ki, Respublika Klinik Xəstəxanasında 1690 hemofiliyalı xəstə və 490 dağınıq skleroz xəstəsi dövlət proqramı əsasında müalicə edilir və dərmanlarla təhciz olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB