"Səhiyyə Nazirliyi Müharibə veteranları Respublika xəstəxanasına müraciət edən xəstələrin orta yaş həddi 77-dir". SİA-nın xəbərinə görə, bunu Müharibə veteranları Respublika xəstəxanasının baş həkiminin müavini Nizami Feyzullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində xəstəxanaya 1799 nəfər müraciət edib: "İki dördmərtəbəli binadan ibarət xəstəxanada 5 şöbə fəaliyyət göstərir. Xəstəxana 300 çarpayılıqdır. Burada 250 çarpayı terapevtik və 50 çarpayı nevroloji xəstələr üçündür".
Tibb müəssisəsinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşdiyini deyən N.Feyzullayev söyləyib ki, xəstəxananın əsas kontingentini müharibə və əmək veteranları, Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş şəxslər təşkil edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB