İyun ayının 17-dən 19-dək Azərbaycanda keçirilən Formula-1yarışları çərçivəsində ölkəmizə səfər etmiş idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara yarış zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə lazımi tədbirlər görülüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Formula-1 yarışlarında iştirak üçün ölkəmizə gələn idmançılara ambulator yardımın göstərilməsi üçün yaradılan tibb məntəqəsi, habelə idmançı və gələn qonaqlar üçün ehtiyac olduğu halda ayrılan tibb müəssisələri, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tam hazır vəziyyətə gətirilib.
İdmançılara və ölkəmizə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz edilmiş təcili tibbi yardım maşınları yarış ərazisində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB