Hər 10 min nəfərə 35 həkim düşür

Hər 10 min nəfərə 35 həkim düşür

Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 59 orta tibb işçisi düşür. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, 2016-cı ilin əvvəlinə ölkədə 573 xəstəxana və 1753 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.

Bu müəssisələrdə 33,1 min həkim və 56,3 min orta tibb işçisi çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə