Apteklərdə dərmanların qiymətində kəskin artım müşahidə olunur
Dərmanlar bahalaşdı

Baş nazirin müavininin qeyd etdiyi qiymət artımı artıq dərmanlarda özünü göstərir. Apteklərdə dərmanların qiymətində kəskin artım müşahidə olunur. Maraqlısı budur ki, Tarif Şurası qiymətlərin tənzimlənməsi ilə bağlı son qərarını açıqlamamış bu artımın şahidi oluruq.

Qeyd olunan faktlardarda qiymət fərqi 1 manat 20 və ya 40 qəpik olsa da, bəzi dərmanlar 4 manata qədər fərqlə satılır.

Bəzi apteklər qiymətləri Səhiyyə Nazirliyinin göstərişi ilə artırdıqları desələr də, nazirlik bunu təkzib edir.

Artım Tarif Şurasının bir müddət əvvəl qiymətlərini tənzimlədiyi dərmanlarda da müşahidə olunur.

Qiymətlərin artımına görə bəzi apteklər dərman sifariş verməkdən imtina etdiklərini deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə