Nazir vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul etmişdir. Qəbulda Oğuz vətəndaşları ilə yanaşı Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Ümumilikdə 20 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə