Elman Məmmədov: “Ölkə başçısı tərəfindən ciddi tədbirlər görülür” AÇIQLAMA

Elman Məmmədov: “Ölkə başçısı tərəfindən ciddi tədbirlər görülür” AÇIQLAMA

"Azərbaycan Nazirlər Kabinetinin və Tarif Şurasının apteklərdə dərman preparatlarının qiymətinin aşağı salınması ilə bağlı qərarı çox ciddi bir məsələdir. Bütün bunlar cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığıdır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, bunlar birbaşa olaraq onu deməyə əsas verir ki, ölkə başçısı insanlarımızın, vətəndaşlarımızın bütün problemləri ilə yanaşı, eyni zamanda sağlamlıqlarının qeydinə qalması məsələsini hər zaman diqqət mərkəzində saxlayır: "Təbii ki, cəmiyyətdə maddi durumuna görə müxtəlif təbəqələrə aid insanlar var. Buna misal olaraq yaşlı, əlil insanları və digərlərini göstərə bilərik. Onların dərman almaq imkanları məhduddur. Heç şübhəsiz ki, bir çox işbazlar da müəyyən məsələlərdən istifadə edib gətirilən dərmanların qiymətlərini öz bildiyi kimi təyin edib satır. Məsələn, bir neçə aptekə gedirsən və görürsənki orada müxtəlif qiymətlər mövcuddur. Ölkə başçısının göstərişi, tapşırığı ilə bunların qarşısının alınması üçün çox ciddi tədbirlər görülür. Bu addımlar insanlarımızın ancaq qayğısına qalmaq və onların sağlamlığının keşiyində olmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə