Xəbər verildiyi kimi, BMT Baş Məclisinin Qərbi Afrikada Ebolaya reaksiya verilməsi sahəsində təşkilatın fəaliyyətinin icmalına həsr olunmuş qeyri-rəsmi iclası keçirilib. BMT-nin Xəbər Mərkəzi xəbər verir ki, iclasda BMT Baş Məclisi nümayəndələrinin müzakirəsinə məruzə təqdim olunub. Məruzədə bildirilir ki, son vaxtlar Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır. Mart ayında həftə ərzində orta hesabla 110 yeni yoluxma hadisəsi qeydə alınmışdısa, aprelin sonunda bu göstərici təqribən 10-na enib. Aprel ayında Liberiyada bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.
2015-ci ilin fevralından "xəstəliyin aktiv yayıldığı ərazilərin sahəsi" iki dəfədən çox azalıb. Əgər fevral ayında xəstəliyə yoluxma halı barədə ən azı 24 dairənin hərəsindən bir xəbər alınırdısa, apreldə belə xəbərlər üç ölkənin 12 dairəsindən daxil olub. Hazırda xəstəliyin yayılması halları yalnız Qvineyanın və Syerra-Leonenin qərb sahilində qeydə alınır.
Məruzədə, həmçinin qeyd edilir ki, 2015-ci ilin may ayına olan məlumata görə, təqribən 26 700 təsdiq edilmiş, ehtimal olunan və güman edilən Ebolaya tutulma halı qeydə alınıb. 11 mindən çox xəstəliyə yoluxma hadisəsi ölümlə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB