Sahibkarlar cərimələndi

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. SİA-nın verdiyi məlumata görə, Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277, mikrobioloji göstəricilərinə görə 200, toksikoloji göstəricilərinə görə 6 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 925 yaxma, 12 soyuq qəlyanaltı nümunələri götürülmüş, 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Aprel ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş vermiş, 63 nəfər zərərçəkən olub. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olub. Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə