ATU-da elmi konfrans keçirilib FOTOLAR

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji klinikasında elmi konfrans keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyəti (VANT) tərəfindən təşkil olunan elmi konfransda qonaq qismində Almaniyadan olan elmi tədqiqatçı, bioloq Tasilov Ford iştirak edib. O, ATU-nun keçən ilki məzunları Uğur Ağamalıyev və Valeh Rüstəmovla birgə Almaniyada mədəaltı vəzi xərçənginə aid elmi-tədqiqat işi üzərində çalışır. Uğur Ağamalıyevin sözlərinə görə, ATU məzunlarının Almaniyada 6 tədqiqatçıdan ibarət Elmi-tədqiqat qrupu var. Onlardan bir nəfəri kimyaçı, digərləri isə həkimlərdir: "Elmi-tədqiqat işimizin əsas maliyyə dəstəyi dövlət tərəfindəndir. Bu işin təşkilatçısı isə Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyətidir. Hazırda 6 elmi tədqiqatçımız var. Bu il daha 3 elmi tədqiqatçının bizə qoşulacağı gözlənilir. Gələcəkdə bu işi daha da böyütməyi düşünürük. İstər Azərbaycan Tibb Universitetindən olsun, istərsə də digər xəstəxanalardan belə bir elmi korporasiya yaratmaq planımız var".

U.Ağamalıyev elmi-tədqiqatlarının əsasən xərçəng xəstəliyi istiqamətində aparıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə