Adil Qeybulla: “Dərmanların reklamı qadağan olunmalıdır” AÇIQLAMA

Adil Qeybulla: “Dərmanların reklamı qadağan olunmalıdır” AÇIQLAMA

"Arıqlamaq üçün istifadə olunan dərmanların əksəriyyəti mənşəyi məlum olmayan həblərdir". Bunu SİA-ya açıqlamasında tibb elmlər doktoru, professor Adil Qeybulla söyləyib.

Professor bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının qeydiyyat kitabında həmin dərmanları tapmaq mümkün deyil: "Bu da onu göstərir ki, sözügedən dərmanlar müxtəlif təsirli və dünyada qəbul edilməyən dərmanlardır. Onları Almaniya kimi ölkələrdə tapmaq olmaz. Hesab edirəm ki, bu cür dərmanları insanlar özbaşına qəbul etməməlidir. Arıqlamaq üçün qəbul edilən dərman vasitələri, çaylar çox təhlükəlidir, onlar hətta orqanizmin xərçəng xəstəliyinə müqavimətini qırır, hormonal dəyişikliyə səbəb olur. Ən dəhşətlisi odur ki, bu cür həblər televiziya ekranlarından heç bir savadı olmayan aparıcılar tərəfindən reklam olunur. Sanki sabun satılır. Bu yol verilməz haldır və dərman preparatlarının reklamı qadağan olunmalıdır. Yalnız həkim resepti ilə dərmanlar satılmalıdır. Yeganə çıxış yolu bunu hesab edirəm. Təəssüflər olsun ki, bəzi məsələlər Səhiyyə Nazirliyinin imkanları xaricindədir. Səhiyyə Nazirliyi televiziyaların apardığı dərman reklamlarına müdaxilə edə bilmir. Həmin səlahiyyət Səhiyyə Nazirliyinə verilməlidir ki, o birbaşa bu işin qarşısını ala bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə