Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna ediləcək dəyişikliyin müzakirəsi zamanı komitə üzvü, millət vəkili Musa Quliyevin "İranda stomatoloq olan həkim Azərbaycana gəlib ginekoloq kimi fəaliyyət göstərir. Bu isə ciddi fəsadlara gətirib çıxarır", - fikirlərinə Səhiyyə Nazirliyindən cavab gəldi.
Səhiyyə Nazirliyinin mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova SİA-ya açıqlamasında millət vəkilinin fikirlərinə münasibət bildirib. O diqqətə çatdırıb ki, xarici gələn həkimlər ölkəmizdə fəaliyyət göstərmək üçün bir sıra proseduralardan keçirilir: "Onlar Səhiyyə Nazirliyindən icazə, həmçinin Təhsil Nazirliyindən diplom almalıdırlar. Xarici həkimlərin ölkəmizdə yalnız öz ixtisası üzrə işləməklərinə icazə verilir. Onu da deyim ki, bəzi hallarda həmin insanlar müraciət etmədən qanunsuz yolla fəaliyyət göstərirlər. Biz də məcbur olub, özümüz onları araşdırırıq. Hesab edirəm ki, özəl klinikalarınsahibləri buna diqqət etməlidirlər. Bir sözlə, belə neqativ hallara yol verilməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB