Ölkədə dərman preparatlarının alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək
"Gələn ildən ölkədə dərman preparatları və sarğı materiallarının alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək". SİA-nın məlumatına görə, bunu millət vəkili Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə, bu qayda keyfiyyətli dərman preparatlarının artımına səbəb olacaq: "Çox təqdirəlayiq haldır ki, xəstəxanalarda dərman və sarğı vasitələri büdcədən ayrılan vəsaitlə alınacaq".
Ə.Əmiraslanov qeyd edib ki, ölkədə adambaşına düşən səhiyyə xərcləri aşağıdır: "Biz bunu dövlətdən gözləməməliyik. Məncə "İcbari tibbi sığorta" ilə bağlı mühüm addımlar atılıb və yaxında bu tətbiq olunacaq. O zaman biz adam başına düşən səhiyyə xərclərini artıra biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB