RDM-də göz əməliyyatında yeni avadanlıqlardan istifadə olunacaq
Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsində gələn il üçün yeni üsulla göz əməliyyatı gerçəkləşəcək. SİA-nın xəbərinə görə, bu barədə RDM-in Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov deyib.
Onun sözlərinə görə, yeni avadanlıqlarla həyata keçiriləcək əməliyyatda gözü açmadan lazer vasitəsi ilə iki kəsim olacaq: "Bu yolla gözdə olan mənfiliyi tamamilə aradan qaldırmaq mümkündür. Bu əməliyyat insanların gələcəyi üçün çox rahatdır. Baxmayaraq ki, özün qişası nazikdir, lakin bu əməliyyatda heç bir mənfi rol oynamır. Xəstə əməliyyatdan 1-2 saat keçdikdən sonra özünü çox rahat hiss edir. Əməliyyatın üstünlüyü ondan ibarətdir ki, gələcəkdə gözün buynuz qişasının beomexanikasının pozulmamasıdır. Bununla da gözə heç bir əlavə təzyiqlər olmadan eynəkdən tam şəkildə azad oluna bilər".
Şöbə müdiri onu da əlavə edib ki, müsbət gözlər üçün taxılan eynəklərdən istifadə edən xəstələrə bu əməliyyatı etmək mümkün deyil: "Çünki bunun üçün hələlik proqram hazırlanmayıb. Bunun üçün əməliyyat bir az qəlizdir. Hazırda bunun üzərində çalışılır. Adıçəkilən əməliyyatın RDM-də həyata keçirilməsi dekabrın sonu gələn ilin əvvəllərinə nəzərdə tutulub. Çünki bu ilin sonu aparatın Bakıya gətirilməsi planlaşdırılıb. Gələn ilin əvvəllərindən işin icrasına başlayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB