Ölkədə 1396 əkiz körpə doğulub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 1396 əkiz körpə doğulub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 79,6 min körpə doğulub. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1396-sı əkiz, 30-u üçəm doğulub.

Bütün xəbərlər Facebook səhifəmizdə