Azərbaycan Talassemiya Federasiyası ilə Qan Donorları Assosiasiyası arasında birgə əməkdaşlığın qurulmasına həsr olunmuş yığıncaq keçirilib. SİA-nın məlumatına görə, tədbir yaxın gələcəkdə gənclərin qan donorluğuna cəlb edilməsi, maarifləndirilməsi, o cümlədən gənclər arasında qan donorluğu mədəniyyətinin formalaşdırılması istiqamətində birgə əməkdaşlığın əldə olunması məqsədi daşıyıb.
Görüşdə Azərbaycan Talassemiya Federasiyasının prezidenti Nailə Quliyeva və vitse-prezidenti Gülgün Abbasova, eyni zamanda, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və mətbuat katibi Ədalət Şahbazov iştirak ediblər.
Hər iki təşkilatın nümayəndələri həyata keçirəcəkləri layihələrdə irsi qan xəstəlikləri və qan donorları arasında şəbəkənin qurulmasında vasitəçilik etmək niyyətində olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB