4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb

4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb

"2013-cü il ərzində ümumilikdə ölkə üzrə 270 aptekdə yoxlamalar keçirilib". Səhiyyə Nazirliyindən SİA-ya bildirilib ki, ötən il xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb.

Məlumata əsasən, keçirilən reydlər nəticəsində Azərbaycanda dövlət qeydiyyatına alınmamış və yararlıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitən 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib: "Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə