Sabah 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək

Sabah 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək

Bu gün 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin açılışı münasibətilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, jurnalistlərin də iştirak etdiyi mətbuat konfransında İTE qrup şirkətinin icraçı direktoru Edvard Stroon, Azərbaycan Respublikası səhiyyə nazirliyinin mətbuat şöbəsinin müdiri Anar Qədirli və sərgilərin meneceri Elmira Ağayeva iştirak ediblər.

İTE qrup şirkətinin icraçı direktoru Edvard Stroon deyib ki, tibb sahəsində peşəkar tədbir sayılan və hər il keçirilən "BIHE 2013" Azərbaycan Beynəlxalq "Səhiyyə" sərgisi bu ilin 31 oktaubr tarixində yenidən Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyətə başlayır: "Keçirildiyi illər ərzində "BIHE" sərgisi dövlət təşkilatlarının nümayəndələri, tibb avadanlıq və məhsulların istehsalçıları, habelə həkimlər və tibb sənayesinin mütəxəssisləri üçün mühm görüş yerinə çevrilib. Bu il Azərbaycan Beynəlxalq "Səhiyyə" sərgisi dünyanın 17 ölkəsindən 130 iştirakçını bir araya gətirərək, sərgi meydançası üzrə 20 faiz artım nümayiş etdirib. Sözügedən sərgi çərçivəsində Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çexiya, Türkiyə, Çin və digər ölkələrdən olan şirkətlər müasir tibb sahəsi üçün zəruri və tələbat doğuran ən yeni texnologiyaları nümayiş etdirəcəklər".

Səhiyyə nazirliyinin mətbuat şöbəsinin müdiri Anar Qədirli isə çıxışında diqqətə çatdırıb ki, Azərbaycanda tibb sahəsi inkişaf edir və günü-gündən müasir texnikalarla təchiz olunur: "Sərgi çərçivəsində apteklər üçün ticarət avadanlıqları, klinikalar üçün mebel, habelə tibbi geyimlər və proqram təminatı üzrə istehsalçı şirkətlər təmsil olunurlar. Azərbaycan, Belarus, İordaniya, BƏƏ, Rusiya və Ukraynadan olan istehsalçı və distribyutorlar isə əczaçılıq preparatları, diaqnostika avadanlıqları, laboratoriya avadanlıqları, ortopedik məhsullar və reabilitasiya avadanlıqları təqdim edəcəklər".

Sərgilərin meneceri Elmira Ağayeva da söz alaraq sərginin əhəmiyyəti ilə bağlı ətraflıməlumat verib.

Qeyd edək ki, sərginin açılış mərasimi sabah Bakı Ekspo Mərkəzində keçiriləcək. Açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələri, təşkilatçıların və digər rəsmi şəxslərin iştirakı gözlənilir

Bütün xəbərlər Facebook səhifəmizdə