“Yaxın 20 il ərzində Hepatit C viruslu xəstə olmayacaq” MÜSAHİBƏ

Almaniyalı professor, hepotoloq Ali Avcının SİA-ya müsahibəsi
“Yaxın 20 il ərzində Hepatit C viruslu xəstə olmayacaq” MÜSAHİBƏ

- Ölkəmizə gəlməyinizin məqsədi nədir və hansı sahələr üzrə müalicələr aparacaqsınız?

- Azərbaycana gəlməyimin əsas məqsədi hipotoloji və qasteroloji xəstəliklərlə bağlı təcrübələri buradakı həkimlərlə bölüşməkdir. İstər Türkiyədə, istərsə də Azərbaycanda hepotoloji və qastroloji xəstəliklərdən əziyyət çəkənlərin sayı çoxdur. Burada və Türkiyədə olan həkimlər bu sahələr üzrə bizim Avropada öyrəndiklərimizi öyrənə bilmirlər. Xəstələrin düzgün müalicə olunması üçün Avropa standarları mühümdür. Ona görə də Avropa təcrübələrini bura daşımaq üçün həkimlər arasında təcrübə mübadiləsi, mühüm əhəmiyyət kəsb edir. Ona görə də bura gəlməkdə məqsədim yuxarıda qeyd etdiyim xəstəliklərin Avropa standarlarına uyğun müalicə ilə bağlı təcrübələrimi burada fəaliyyət göstərən həkimlərlə paylaşmaqdır ki, xəstələr də bunlardan yararlansınlar. Bundan əlavə, səfərimin məqsədi buradan olan xəstələrimi qəbul etmək, onların müalicələri ilə məşğul olmaqdır.

- Nə zaman qədər ölkəmizdə olcaqsınız və xəstələr sizə necə müraciət edə bilərlər?

- İşlərimin çox olması ilə bağlı çox təəssüf ki, Bakıda çox qala bilmirəm. Çalışıram buradakı işlərimi 3-4 gün ərzində başa çatdırım. İki gündür ölkənizdəyəm bazar günü yəni 27 oktyabr tarixində yenidən Almaniyaya qayıtmaq məcburiyyətindəyəm.

Mənim qəbuluma düşmək istəyən xəstələr Avrasiya Klinikasına müraciət edə bilərlər. Belə ki, mən Bakıda olduğum müddətdə bütün xəstələrimi burada qəbul edirəm. Saat 8-dən axşam 8-ə qədər istənilən kəs müraciət edə bilər.

- Ölkəmizə ilk dəfə nə zaman gəlmisiniz və nəyə görə məhz Avrasiya Klinikasini seçdiniz?

- Mən ilk dəfə Azərbaycana konfransda iştirak etmək üçün gəlmişdim. Orada təsadüf nəticəsində Avrasiya Klinikasının rəhbəri ilə görüşdük və ümumi razılığıa gəldik. Deyə bilərəm ki, məhz bu klinikada fəaliyət göstərməyim tamamilə bir təsadüf nəticəsində baş verib.

- İlk dəfə ölkəmizə gəldiyinizlə indiki arasında Azərbaycanda hepatit və qastreoloji xəstəliklərin müalicəsində hansısa fərq varmı?

- Əlbəttə ki, çox böyük dəsyişikliklər var. Təcrübəmi böldüyüm həkimlər demək olar ki, bu sahəni mən bildiyim kimi bilirlər. Mən indi arxayınlıqla deyə bilərəm ki, Avrasiya Klinikasındakı həkimlər mən olmadığım müddətdə müalicələri Avropa standarlarına uyğun şəkildə aparırlar. Müəyyən suallar ortaya çıxdıqda isə mən poçt vasitəsilə onların suallarını cavablandırıram. Lakin çox təssüf ki, bu cür müalicə üsulu bütün xəstəxanalar üçün keçərli deyil. Çünki bəzi xəsətlər yanlış müalicələr əsasında yenidən bizə müraciət edirlər. Bununla bağlı hələdə müəyyən boşluqlar var və inanıram ki,tezliklə bu boşluqlar da aradan qaldırılacaq.

- Hepatit virusları ilə bağlı hazırda vəziyyət necədir?

- Hepatit B virusu haqqında danışsaq, o zaman deyə bilərəm ki, gələcək 20-30 ildə bu viruslu xəstələr demək olar ki olmayacaq. Ona görə ki, artıq son illərdə bütün Avropa və eləcə də digər ölkələrdə yeni doğulan uşaqlara Hepatit B virusuna qarşı peyvənd vurulur. Bu çox mühümdür. Hepatit C virusuna gəldikdə isə, burada mövzü tamamilə başqadır. Araşdırmalar onun göstərir ki, yaxın 2-3 ildə virusun qarşısının alınması üçün yeni dərman vasitələri hazırlanacaq ki, bu da virusa yoluxan xəstələrin 90 faizi müalicə olunması deməkdir. Belə ki, yaxın 15-20 il müddətində Hepatit C viruslu xəstə olmayacaq. Sözügedən virusun əsas səbəbi sterilizə məsələsidir. Çox təəssüf ki, istər Türkiyə, istərsə də Azərbaycanda bu məsələ o qədər də inkişaf etmədiyinə görə bu viruslar insanlar arasında geniş yayılıb. İndiyə qədər sizdə bir iynə ilə 10-15 uşağa peyvənd vurulurdu. Bu çox təhlükəli idi. Lakin hazırda bununla bağlı inkişaf özünü göstərir. Artq bir iynə ilə yalnız bir insana peyvənd vurulur. Əvvəlki dönəmlərdə həyata keçirilən xətalar üzundən Avropa ölkələrinə nisbətən Azəraycanda, Gürcüstanda, Türkiyədə və digər Sovet ölkələrində bu virusa yoluxanların sayı daha çoxdur.

- Onun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Burada Səhiyyə Nazirliyinin işi daha önəmlidir. Nazirlik bu vəziyyəti nəzarətə götürməlidir. Bundan əlavə, insanların özləri də bu sahədə maarifləndirilməlidir. Hər kəs sterilizə işləri çox həssaslıqla yanaşmalıdır. Ona görə ki, adi bir səhv böyük fəsadlara gətirib çıxara bilər. Həkimlər də bu işlərə diqqət etməlidir. Bütün xəstəxanalarda bu işlərlə bağlı lazımı imkanlar olmalıdır. Əgər hansısa xəstəxanada bu cür şərait yoxdursa, o zaman həmin klinikalara qarşı ciddi tədbirlər görülməlidir.

- Siz həmçinin mədə bağırsaq, qaraciyər xəstəliklərini də müalicə edirsiniz. Bu sahə ilə bağlı ölkəmizdə vəziyyəti necə qiymətləndirirsiniz?

- Bu xəstəliklərin müalicəsində əsas məsələ endoskopik müayinələr dayanır. Endoskopiya mədə bağırsaq sistemlərinin hər tərəfli müayinəsinə imkan verir. Çox təəssüf ki, Avropada həyata keçirilən endoskopik müayinələrlə burada keçirilən müayinələr arasında çox byük fərq var. Bu sahə Azərbaycanda demək olar ki, tam şəkildə inkişaf etməyib. Amma onu da qeyd edim ki, yavaş-yavaş bu sahə də inkişaf etməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə