“Sağlam Gələcək Naminə”-nin icrasına başlanılıb

“Sağlam Gələcək Naminə”-nin icrasına başlanılıb

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Sağlam Gələcək Naminə" adı altında alkoqolizm, siqaret və narkomaniya ilə mübarizəni özündə əks etdirən layihənin icrasına başlanılıb. SİA xəbər verir ki, layihənin koordinatoru Nisə Rəhimovanın verdiyi məlumata görə, layihənin başlıca məqsədi cəmiyyətin alkoqolizm, siqaret və narkomaniya zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılımasına nail olmaq, gənclərin zərərli vərdişlərdən uzaqlaşması istiqamətində maarifləndirici işin aparılmasıdır.

Layihə Bakı şəhərində yerləşən orta məktəblərin son sinif şagirdləri ilə keçiriləcək qısa müddətli seminarlardan, açıq təbliğat günlərindən və 40 fəal gəncin iştirakının planlaşdırıldığı hər biri iki gün olmaqla dörd günlük təlim kursundan ibarət olacaq.

Verilən məlumata əsasən sözügedən təlimlərdə tütün aslılığının, narkotik maddələrin, alkoqolizmin qarşısının alınması, zərərli vərdişlərlə cəmiyyət arasında mübarizənin yolları müzakirə ediləcək və sağlam həyat tərzinin təbliği istiqamətdə sosial-psixoloji ictimai xidmətlərin göstərilmə üsulları öyrədiləcək.

Seminarlarda iştirak etmək istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə