Səhiyyə işçiləri təltif olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun Tibb işçilərinin Peşə Bayramı münasibəti ilə imzaladığı sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, bir qrup tibb işçisi "Tərəqqi" medalı , habelə "Əməkdar həkim", "Əməkdar müəllim" və "Əməkdar mühəndis" fəxri adları ilə təltif olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhiyyə işçilərinə mükafatların təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev öncə təltif olunmuş şəxsləri təbrik edib və bu şərəfli işdə onlara uğurlar arzulayıb.

Sonra mükafatlar sahiblərinə təqdim olunub.

Ölkə başçısı tərəfindən belə mötəbər mükafatlara layiq görüldüklərinə görə, dövlət rəhbərliyinə öz minnətdarlıqlarını bildirən tədbir iştirakçıları, ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlıq naminə qarşıdan gələn prezident seçkilərində İlham Əliyev cənablarının namizədliyini tibb ictimaiyyəti tərəfindən dəstəkləyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə