"May ayından etibarən bu günə kimi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 11 nəfər günvurma hadisəsilə bağlı müraciət edib". SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov belə deyib.
Onun sözlərinə görə, insanlarda bu kimi hallar əsasən havanın temperaturunun yüksək olduğu saatlarda açıq havada olarkən baş verir: "Gün ərzində havanın hərarətinin 38-40 dərəcəyə qədər yüksəldiyi bir vaxtda, əsasən saat 11:00-dan 17:00-a kimi açıq havada 10-15 dəqiqədən çox qalmaq insan orqanizminə ziyanlıdır. Müəyyən edilmiş vaxt limitindən daha çox gün şüaları altında qaldıqda insanlarda ürək qan-damar sistemində narahatlıq yaranır, həddindən çox tərləmə, baş ağrısı, öyümə halları baş verir. Günvurma faktı baş verən zaman insanlar kölgə olan yerlərdə dayanmalı, üzünü və əllərini soyuq su ilə yumalı, soyuq maye içməli və dərhal təcili tibbi yardıma müraciət etməlidir. Əks təqdirdə, hadisə daha böyük fəsadlarla nəticələnə bilər".
May ayından etibarən ilanvurma hallarının da baş verdiyini diqqətə çatdıran Mürsəl Həmidov qeyd edib ki, cari ildə 7 nəfər ilanvurma faktı ilə təcili tibbi yardıma müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB