Səhiyyə Nazirliyinə 4976-sı isə əsassız müraciət daxil olub

Səhiyyə Nazirliyinə 4976-sı isə əsassız müraciət daxil olub

Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə son iki il ərzində (24.02.2011-24.02.2013) 13275 müraciət daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 9061-i (1728-i əsaslı, 4976-sı isə əsassız, 2357-si cari problemlərlə bağlı şikayət), 730-u - aidiyyəti üzrə deyil, 3484-ü sorğu xarakterli olub.

2013-cü ilin fevral ayı ərzində Qaynar xətt xidmətinə 484 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 350-si (176-sı əsaslı, 153-ü isə əsassız, 21-i cari problemlərlə bağlı şikayət), 19-u aidiyyəti üzrə deyil, 115-i isə sorğu xarakterli olub.

Nazirlikdən bildirilib ki, qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi isə daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə