"Bu onun fundamental hüququdur"

Bu gün Böyük Britaniyanın Oksfam beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyi 2007-2012-ci illər müddətində həyata keçirilən "Məsuliyyətli yerli idarə etmə vasitəsilə sağlam icmaların inkişafı" layihəsinin başa çatması münasibətilə "İlkin Səhiyyə Xidmətləri sahəsində İslahatlar" adlı konfrans təşkil edib.

Konfransın məqsədi icma əsaslı ilkin səhiyyə xidməti modelinin tətbiqi zamanı əldə edilmiş biliklərin geniş ictimaiyyətlə bölüşülməsi və ilkin səhiyyə xidməti sahəsində islahatların aparılmasına töhvə vermək olub.

Oksfom Azərbaycanın Ölkə üzrə direktoru Şövkət Əlizadə bildirib ki, təşkilatın missiyası yoxsulluğun azaldılmasıdır: "Sağlamlığa görə ən çox əziyyət çəkən insanlar da məhz yoxsullardır. Çünki, onlar öz hüquqların və ödənişsiz istifadə edə biləcəkləri səhiyyə xidmətləri barəsində məlumatlı deyillər. Lakin hər bir insan istənilən vaxt ilkin səhiyyə xidmətindən istifadə etməlidir. Bu onun fundamental hüququdur".

Ş.Əlizadə deyib ki, icabri səhiyyə sığortası da gündəmə gəlməli, bu barədə müzakirələr aparılmalıdır.

Avopa İttifaqının Azərbaycandakı nümayəndəliyinin layihə meneceri Amori Ost qeyd edib ki, Oksfom təşkilatının həyata keçirdiyi layihə uğurla başa çatıb. Ölkədə ilkin tibbi xidmətlərin olması üçün maliyyə vəsaitinin vacib olduğunu deyən layihə meneceri bu kimi xidmətlərin maliyyə yükünün dövlət büdcəsində atırılmasının əhəmiyyətini vurğulayıb.

Konfransda qeyd olunub ki, dövlət bu sahədə QHT-lərin həyata keçirdikləri layihələrin nəticələrilə tanış olmalı onların təcrübəsindən yararlanmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə