Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ağdaş və Ucar Rayon Mərkəzi Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, aksiyalar zamanı Ağdaş RMX-da 250 nəfər, Ucar RMX-da isə 140 nəfər könüllü olaraq qan verib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB