"Azərbaycanda ilk dəfə olaraq ürək əməliyyatı Mərkəzi Klinik Xəstəxanasında baş tutub. Belə ki, 2000-ci ildən etibarən bu günə kimi 7000-dən çox insan üzərində ürək əməliyyatı keçirilib. Amma son 1 ildə bu rəqəm 1000-dən çox olub". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, 3 il öncə prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına Elmi Cərrahiyyə Mərkəzində Uşaq Cərrahiyyə Mərkəzi yaradılıb. Nazir müavininin sözlərinə görə, qısa müddət ərzində 250 uşaqda müxtəlif ürək əməliyyatı keçirilib. Növbədə olan 300-ə qədər uşağın isə bir il ərzində əməliyyat olunması nəzərdə tutulub.
E.Ağayev uşaqlarda ürək qüsurlarının çoxalması fikri ilə razılaşmayıb: "Sadəcə insanlar əvvəllər müalicə və əməliyyat üçün başqa ölkələrə, özəl klinikalara üz tuturdusa, artıq bu məsələ öz həllini tapıb. Artıq dövlət hesabına uşaqlarda ürək əməliyyatları uğurla həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB