Saxta dərmanlar bir daha olmayacaq

"Azərbaycan saxta dərmanlarla bağlı yeni beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır". SİA-ının verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O, bildirib ki, saxta dərmanlarda mübarizə hər zaman bütün dünyada olub və bu gündə davam etməkdədir.

Nazir müavininin sözlərinə görə, əgər belə olarsa Ümumdünya Səhiyyə Təşkilatını da bu məsələ ciddi narahat etməzdi. "Bu məsələ ilə bağlı Azərbaycan yeni beynəlxalq konvensiyaya qoşulamağa hazırlaşır və bu əsasən kontrafakt məhsullarla əlaqədardır. Bu gün dünyanın bütün ölkəsində bu hal mövcuddur. yalnız faizinə görə bir-birindən fərqlənirlər. Son illər qanunvericilikdə olan düzəlişlərdən sonra Azərbaycana saxta dərmanların gətirilməsi minimuma enib. Qeydiyyatda olmayan dərmanlar Azərbaycan bazarına yol tapa bilməyib. Hətta cinayət məclləsinini xüsusi maddəsi ilə təsbit olunub ki, istənilən şəxs Azərbaycanda qeydiyyatda olmayan saxta dərmanları qanunsuz olaraq gətirəndə 2 ildən 5 ilədək məsuliyyətə cəlb oluna bilər", - deyə, nazir müavini əlavə edib.

E. Ağayev həmçinin bildirib ki, Azərbaycan saxta dərmanlarla hər zaman mübarizə aparır. Əsasən Azərbaycana hansı ölkələrdən saxta dərmanların gətirilməsinə gəlincə Elsevər Ağayev qeyd edib ki, işbazlar daha çox Hindistandan saxta dərman gətirməyə cəhd göstərirlər: "Bundan əlavə müxtəlif Avropa şirkətlərinin də bir çox məşhur dərmanlarını saxtalaşdırılmış formada Azərbaycana gətirilmə istəyi ola bilər. Amma Azərbaycana gətirilən bütün dərmanların hər bir seriyası yoxlanılır, sonra bazara buraxılır. Buna görə də qeydiyyatda olmayan dərmanların Azərbaycana gəlməsi qeyri-mümkündür".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə