İsti yay aylarında qidaların keyfiyyətində müəyyən problemlər yaranır. Bunlar isə daha çox çörək və un məmulatlarında özünü göstərir. Belə ki, yay aylarında alınan çörəkləri artıq ikinci gün yemək olmur. Çünki içi yapışqanlaşır, özündən isə qəribə kimyəvi maddə qoxusu gəlir. Buna görə də insanlar ya gün ərzində bir neçə dəfə çörək alır, ya da çörəyi hər dəfə yeməkdən öncə, isti-isti almağa məcbur olur.
Bunun səbəblərini araşdırarkən məlum oldu ki, çörəyin hər il isti aylarda belə hala düşşməsinə səbəb onun ənənəvi xəstətliyə tutulması ilə bağlıdır. Səhiyyə Nazilriyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, bu proses çörəyin kartof xəstəliyilə bağlı məsələdir. Onun sözlərinə göər, unda kartof xəstəliyinin törədiciləri olduqda bu törədicilər bəzi hallarda texniki emalda məhv olurlar, bəzi hallarda isə kapsula spor əmələ gətirdiyinə görə, onlar çörəyin tərkibinə də keçə bilirlər: "Çörək sobadan çıxdıqdan sonra 5-6 saat ərzində qəbul olunursa, çörək heç bir problem yaratmır. Lakin bu çörəkdə 24 saat ərzində kartof xəstəliyinin törədiciləri aşkar olunursa, artıq bu çörəklər istifadəyə yararsız hesab olunur. Daha az çirklənmiş çörək özünü 36 saat ərzində biruzə verir. Bu müddət mikroorqanizmlərin sayından və çörəyin saxlanma müddətindən asılı olaraq dəyişir".
İmran Abdullayev vurğulayıb ki, çörəkdə əmələ gələn xəstəliklər bəzi halalrda zəhərlənmə ilə nəticələnir. Onun sözlərinə görə, bu zəhərlənmələr mezitermist adlı mikrobların nəticəsində meydana gəlir. Bu mikroblar torpaqdan buğdaya keçir və buğdadan da çörəyə daxil olur.
"Un nəmli və rütubətli yerlərdə saxlandıqda da bu kimi hadisələr baş verir. Belə unların çörək sənayesində istifadə edilməsi düzgün deyil. Çörəyin tərkibinə əlavə olunan selektin maddəsi mikrobların məhv olmasını təmin edir. 100 kq xəmirə 80 qram selektin maddəsi əlavə etdikdə bütün mikroblar məhv olur. İsti aylarda zəhərlənmələr daha çox olur. Lakin qış aylarında çox az, demək olarki olmur. bu il yay aylarında da mənfi nəticələrlə çox az qarşılaşdıq", - deyə o əlavə edib.
Qeyd edək ki, çörəyin tərkibindəki kartof xəstəliyini çörək hazır olduqdan 6-36 saat müddətində bilmək olur. İlk 6 saat ərzində isə bilmək mümkün deyil. Əgər xəstəlik 6-24 saat ərzində özün biruzə verirsə deməli zəhərlənmə çox güclüdür. Bu mikrobların qarşısını 3%-li sirkə turşusu ilə də almaq olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB