9270 nəfər quduzluğa yoluxa bilər

Cari il ərzində it dişləməsi 8 nəfərin həyatına son qoyub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən SİA-ya verilən xəbərə görə, Azərbaycanda 8 nəfər it dişləməsi nəticəsində quduzluq xəstəliyinə yoluxduğu üçün dünyasını dəyişib. 2012-ci ilin ilk 6 ayı ərzində ölkədə 9 270 nəfəri heyvan dişləyib. Bunların 7920-si it, 734-ü pişik, 448-i siçovul, 168-i digər heyvanlar tərəfindən törədilib.

Dişləmələrinin 2658-i Bakıda qeydə alınıb. Paytaxtdakı insanların 2084-ü it dişləməsinə məruz qalıb. Paytaxtdakı heyvan dişləmələrinin 324-ü pişik, 196-sı siçovul, 54-ü isə digər heyvanlar tərəfindən törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə