…ABŞ həkimləri beyin xərçəngini müalicə etmək üçün soyuq virusdan istifadə edirlər.
Yeni texnikanın sınaqdan keçirildiyi ilk xəstə 63 yaşlı amerikalı qadın olub.
SİA-nın məlumatına görə, Amerikalı həkimlər beyin xərçənginin müalicəsinin yeni üsulunu sınaqdan keçirirlər. Təcrübələrində xərçəng hüceyrələri ilə mübarizə aparmaq üçün soyuq virusdan istifadə edirlər.
Arkanzas Tibb Elmləri Universitetinin (UAMS) neyrocərrahları artıq öz metodlarını 63 yaşlı xəstə üzərində sınaqdan keçirərək, xərçəng hüceyrələrini məhv etməli olan adenovirusu şişə daxil edib.
İçəri girdikdən sonra virus bədxassəli hüceyrələrə hücum edərək aktiv şəkildə çoxalmağa başlayıb.
Eyni zamanda, virus sağlam hüceyrələrə təsir göstərmir. Texnikanın başqa bir üstünlüyü ondan ibarətdir ki, təkrar inyeksiya tələb olunmur, çünki virus özü çoxalır və şişə hücum edir.
Virusun yeridilməsi üzrə əməliyyat ötən il oktyabrın əvvəlində həyata keçirilib.
Həmin vaxtdan xəstə immunoterapiya kursu keçir. Həkimlər əmin edirlər ki, qadın heç bir fəsadla üzləşməyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə