Diabet riski olanlar kimlərdir? - HƏKİM FİKRİ

“Şəkərli diabetin ən çox rast gəlinən 2 növü var: 1-ci tip və 2-ci tip. Birinci tip diabet daha çox uşaqlarda yaranır və autoimmun proseslərlə əlaqəlidir. Yəni orqanizmin müdafiə sistemi öz orqan və hüceyrələrini zədələyərək xəstəliyə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında endokrinoloq Nabat Ağayeva deyib.

Nabat Ağayeva sözlərinə belə davam edib: “Birinci tip diabetin yaranmasına genetik faktorlar səbəb olur, həyat tərzi və irsiyyət isə az rol oynayır.

İkinci tip diabet bunun əksinə olaraq, düzgün qidalanmama, fiziki aktivliyin olmaması - bir sözlə artıq çəki ilə, eləcə də irsi faktorlarla əlaqəlidir. Yaranma səbəbindən asılı olmayaraq hər iki diabetin müalicəsində sağlam həyat tərzi müalicənin ən vacib tərkib hissəsidir.

Düzgün qidalanma heç də karbohidratlardan tam məhrum olma anlamına gəlmir. Çünki uşaq qidalanın 60-70 faizə qədəri karbohidrat olmalıdır. Eləcə də böyüklərin qidalarının da böyük bir hissəsi karbohidrat olmalıdır. Lakin karbohidrat dedikdə asan mənsimsənilənlərin olmaması nəzərdə tutulur. Asan mənimsənilən karbohidratlar şəkərli, şirin və bağlamalı məhsullardır. Biz karbohidrat ehtiyacımızı liflərdən, bitkilərdən, meyvə və tərəvəzlərdən almalıyıq.

Diabet artıq iri addımlarla bütün dünya üzrə və hər il statistikalara baxdıqda ildən-ilə daha da çoxalır. Nəinki diabetin özü diabetin yaratdığı fəsadlar belə artır və bu insanları araşdırdıqda böyük əksəriyyətində uşaq yaş dövründən etibarən qeyri-düzgün qidalanma və oturaq həyat tərzi günümüzün insanlarının böyük bir bəlasıdır.

Eləcə də diabetin özü deyil diabet özü artdıqca onun fəsadları da artır. Diabet səbəbindən sıradan çıxmış böyrəklər, amputasiya olunmuş ətraflar və s. Bunların hər birinin qarşısını almaq mümkündür və bunu yalnız düzgün həyat tərzi ilə nail olmaq olar.

Bizim əlimizdə olan və olmayan faktorlar var. Əlimizdə olan faktorlardan biri odur ki, biz diabetə qarşı mübarizə apara bilərik, bunlar sağlam həyat tərzidir. Lakin sözsüz ki bizdən asılı olmayan səbəblər də var. Bunlar irsiyyət və genetikadır ki, qarşısını almaq mümkün olmasa da ən azından rast gəlmə tezliyini azaltmaq mümkündür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə