Ukrayna maşınlara dronla hücum etdi

Ukrayna qüvvələrinin Rusiya ilə sərhəddə yerləşən Belqorod bölgəsində fəhlələri daşıyan maşınlara pilotsuz təyyarə ilə hücumu nəticəsində 6 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hücumdan sonra verdiyi açıqlamada, qarnından yaralanan və vəziyyəti ağır olan bir nəfərin əməliyyata alındığını, müxtəlif dərəcəli qəlpə yaraları olan digər qurbanların isə bölgədəki səhiyyə müəssisələrinə aparıldığını bildirib.

Bölgədə əməliyyat xidmətlərinin davam etdiyini bildirən Qladkov həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə