Numan Kurtulmuş Meksikada sәfәrdәdir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyanın qurduğu MİKTA-nın 10-cu Parlament Sədrləri iclasında iştirak etmək üçün Meksikanın paytaxtı Mexikoya səfər edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Numan Kurtulmuş parlament sədrlərinin qatılacağı iclaslarda çıxış edəcək, həmçinin köç mövzusunda keçiriləcək iclasa moderatorluq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə