Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

“Cəlilabad” komandası daha iki əcnəbi basketbolçu ilə yollarını ayırıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bölgə təmsilçisi gürcüstanlı Levan Qoqaladze və ABŞ-dan olan Raşon Consonla vidalaşıb.

“Cəlilabad” daha əvvəl amerikalı Camani Pirs və Kobi Tomasla başa çatan müqavilənin müddətini uzatmayıb.

Qeyd edək ki, “Cəlilabad” müntəzəm mövsümü 23 xalla səkkizinci pillədə bitirib və pley-offa vəsiqə qazana bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə