Arvadı və uşaqlarını öldürüb intihar etdi

Türkiyənin Kilis şəhərində dəhşətli hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, polis suriyalı 5 nəfərlik ailənin cəsədini tapıb.

Yusuf Kuvara həyat yoldaşı ilə 8, 6 və 5 yaşlı üç uşağını hələ də məlum olmayan səbəbdən boğaraq öldürüb. Bundan sonra özünü öldürərək intihar edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə