Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü

Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində “Telegram” sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Belçika mətbuatı yazır ki, institut “Telegram”ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığa yönəlmiş çağırışlara, silah və narkotiklərin qanunsuz satışını nəzarətə götürəcək.

Xəbəri yayan mənbə hesab edir ki, “Telegram” ifrat sağçıların, qeyri-qanuni ticarətlə məşğul olanların, terrorçuların oylağına çevrilib.

Məlumatda, həmçinin qeyd olunub ki, “Telegram” istifadəçilərin şikayətlərinə cavab verməsə, tənzimləyici onu cərimələyə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə