“Neftçi”dən səfər matçlarında antirekord

“Neftçi” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb. SİA PFL-ə istinadən xəbər verir ki, bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb.

Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antiekordunu təkrarlayıb.

“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə