Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyəyədək güclənib.

Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15°, Naxçıvan Muxtar Respublikasında 9°, Aran rayonlarında 22°, dağlıq rayonlarda 13°-dək isti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə