Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar

Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə 9 medal qazanıblar. SİA Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) rəsmi saytına istinadən xəbər verir ki, idmançılarımız Universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.

Mayın 4-ü və 5-i tarixlərində, Rusiyanın Kazan şəhərində keçirilən turnirdə üzgüçülərimiz ümumilikdə 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar.

Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet təmsilçiləri mükafatları uğrunda mübarizə aparıblar.

Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 m batterflyay üsulunda qizil medal, Alkərəmova Fatimə isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar. Növbəti gün Ə. Rüstəmov 100 batterflyay üsulunda 2 ci yer, 200 m qarışıq üsulda 2 ci yer, 200 m sərbəst üsulda isə 2 ci yeri tutub. Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib. Qadınların yarışında Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2 ci, 200 m qarışıq üsulda isə 3 –cü yerə sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə