Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İrana səfər edib. SİA xarici mediaya istinadən xəbər verir ki, Qrossi İrana ikigünlük səfəri zamanı Beynəlxalq Nüvə Elmləri və Texnologiyaları Konfransında iştirak edəcək.

İran mediası Qrossinin bu gün günortadan sonra xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşəcəyini yazıb.

Bundan öncə AEBA-dan bildirilib ki, agentlik İranda sürətlə inkişaf edən nüvə proqramını izləməkdə çətinliklə üzləşir, çünki İsrail-Həmas müharibəsi ilə bağlı Yaxın Şərqdə gərginlik yüksək olaraq qalır. İsrail və İran arasında da hücumlar artıb. İsfahan şəhəri həssas nüvə obyektləri ilə əhatə olunmasına baxmayaraq, son həftələrdə İsrailin atəşinə məruz qalıb.

Qrossi AEBA-nın rəhbərlər şurasının mart ayında keçirilən iclasında bildirib ki, problemlər aradan qaldırılmayacaq: “Ona görə də biz bu məsələyə ciddi yanaşmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə