Könüllü gömrükçülər DGK-nın Tibbi Xidmət İdarəsində fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 8-ci “Könüllü gömrükçü” dəstəsinin 8 üzvü 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbə və bölmələrində fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq 17 noyabr 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım könüllü gömrükçüləri təbrik edib, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin fəaliyyəti, şöbə və bölmələrin iş pirinsipləri barədə məlumatlandırıb, onların bilik və bacarıqlarının artırılması, potensialının üzə çıxarılması istiqamətində bütün zəruri addımların atılacağını və lazımi dəstəyin göstəriləcəyini bildirib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müxtəlif şöbə və bölmələrində könüllü gömrükçü kimi fəaliyyət göstərəcək Nailə Mollayeva, Sübhanə İskəndərzadə, Billurə Nəbiyeva, Akifə Göyüşova, Fidan Orucova, Zümrüd Şamxalova, Pərvin Rəcəbova və Günel Hüseynovanı bu münasibətlə təbrik edir, onlara fəaliyyətlərində nailiyyətlər arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB