“Torqovı” küçəsində yanğın baş verib

“Torqovı” küçəsində yanğın baş verib

Bakıda “Torqovı” kimi tanınan Nizami küçəsində binanın dam örtüyü yanıb. Hadisə Mərdanov küçəsi ilə kəsişmədə, 2 binanın arasında baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yanğın ərazidəki tullantıların alışması səbəbindən baş verib. Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə