Sinif yoldaşını bıçaqlayan qız həbs ediləcək? - VİDEO

Sinif yoldaşını bıçaqlayan qız həbs ediləcək? - VİDEO

Gəncədə sinif yoldaşını bıçaqlayan 9-cu sinif şagirdinin məktəbə gəlməsi bir qrup valideynin etirazına səbəb olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisəni törədən şagird səhər saatlarında valideyni ilə birlikdə məktəbə gəlib. Lakin bu digər valideynlərin narazılığına səbəb olub. Onlar sözügedən şagird məktəbdən kənarlaşdırılmadığı təqdirdə öz övladlarını başqa tədris müəssisəsinə göndərəcəklərini bildiriblər.

Məktəb direktoru isə bildirib ki, hadisəni törədən şagird polisin nəzarəti ilə evə qaytarılıb. Onun təhsil almaq hüququ var və bu təmin olunacaq.

Sinif yoldaşına bıçaqla xəsarət yetirən məktəbli barəsində nəzarət altına vermə qəti imkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli məktəbin 9-cu sinif şagirdi olan bir qız, öz sinif yoldaşı qıza boğaz və kürək nahiyəsindən bıçaq xəsarəti yetirib.

Yaralının müalicəsi özəl xəstəxanaların birində davam edir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə