Gəncədə oğurluq edən və silah saxlayan şəxslər saxlanılıb FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisəsi törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, Ruslan Yusifov şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Bundan başqa Baş İdarənin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Bəxtiyar Əhmədov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki yaşayış olmayan evlərdən birində gizlətdiyi 1 ədəd yivli “TOZ-8” tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...