Rusiyalı turistlər Belarusda yol qəzasına düşüblər...

...ölən və yaralananlar var
Rusiyalı turistlər Belarusda yol qəzasına düşüblər...

Belarusun Səhiyyə Nazirliyi ölkənin Vitebsk vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində Rusiyanın 41 vətəndaşının xəsarət aldığını bildirib.

SİA xəbər verir ki, yaralılardan 6-nın vəziyyəti ağırdır. Xəsarət alanlar arasında 4 azyaşlı da var.

Yol qəzası M-8 avtomobil yolunun 120-ci kilometrliyində, Vitebsk – Qomel – Ukrayna sərhədində baş verib. İlkin məlumata görə, “Renault” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı edərkən zolağa çıxıb və qarşıdan gələn ekskursiya avtobusu ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü həlak olub.

Hadisə zamanı avtobusda 42 nəfər olub, onlardan 40-ı ekskursiyaya gələn Rusiya vətəndaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə