Meksika sahillərində güclü zəlzələ olub

Meksika sahillərində güclü zəlzələ olub

Meksikanın cənub-qərb sahillərində 6 bal gücündə zəlzələ baş verib.

SİA-nın verdiyi məlumata görə, yeraltı təkanların episentri Puerto-Valyarta şəhərindən (Halisko ştatı) 286,9 kilkometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə