Yaponiyanın "Nintendo" şirkətinin oyun konsullarının aparıcı dizayneri və yaradıcısı Masayuki Uemura 79 yaşında vəfat edib.
SİA xəbər verir ki, bu barədə "Kyodo" agentliyi xəbər yayıb.
O da bildirilir ki, M.Uemura dekabrın 5-i vəfat edib.
Onun ölüm səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, Masayuki Uemura 1971-ci ildə "Nintendo" şirkətində çalışmağa başlayıb. O, 1981-ci ildə Azərbaycanda "Dendi" kimi tanınan "Famicom" oyun konsolu üzərində işləməyə başlayıb. "Famicom" bütün dünya ölkələrində satılıb və bir neçə il ən çox satılan konsullardan olub.
Konsullardan əlavə Masayuki Uemura onlar üçün oyunların hazırlanmasında da aktiv iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB