Sahibsiz itlər kişinin qulağını qoparıb

Kürdəmirdə sahibsiz itlər rayon sakininə hücum edərək qulağını qoparıb.

SİA xəbər verir ki, hadisə rayonun QarasaqqaI kəndində qeydə alınıb.
Kənd sakini 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə itlər Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

Zərərçəkən ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cari ildə Kürdəmirdə 300 nəfərdən çox insan itlərin hücumuna məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə