Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Mastunq rayonunda naməlum şəxslərin avtomobili atəşə tutması nəticəsində azı 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
SİA xəbər verir ki, hadisə rayonun Vəli Xan ərazisində baş verib, hücum edənlər dərhal oradan uzaqlaşıblar. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.
Hadisə yerinə polis gəlib və faktla bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, hücuma məruz qalan avtomobil nüfuzlu yerli qəbilə liderinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB