Yanğınla bağlı daha bir yolda hərəkətə məhdudiyyət qoyulub - BNA

Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla bağlı daha bir yolda hərəkətə məhdudiyyət qoyulub.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, hazırda F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə girişə də məhdudiyyət tətbiq olunub.

Qeyd olunub ki, həmin ərazidən keçən 5, 24, M8 və 202 müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə